Noble Quran » Azərbaycanca » Sorah As-Sharh ( The Opening Forth)
Choose the reader
Azərbaycanca
Sorah As-Sharh ( The Opening Forth) - Verses Number 8
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ( 1 )
(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ( 2 )
Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ( 4 )
Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)
فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ( 5 )
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)
إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا ( 6 )
Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)
Random Books
- Ölüm-
Formation : Ramil Soltanov
Source : http://www.islamhouse.com/p/307765
- Allahın kitabı ilə Əhli Beytin ər-Rəhmanın dostları haqqında dedikləri-
Source : http://www.islamhouse.com/p/336323
- Sünnə və Cəməa anlayışıYaşar Qurbanovun tərcümə etdiyi "Sünnə və Cəməa anlayışı" adlı kitabı oxucularımıza təqdim edirik. Müasir dünyamızda özlərinin Əhli-Sünnə və Cəməa olduğunu iddia edən, fəqət bu anlayışdan çox kənar olan inam və etiqada sahib olan insanlar mövcuddur. Bu kitabda əhli-sünnə və cəməa anlayışının əsas prinsipləri ilə tanış olacaqsınız.
Translators : Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/328758
- İmam Nəvavinin 40 hədis kitabıİmam Nəvavi adlı məşhur islam alimi müsəlmanın gündəlik həyatında əsas məsələləri əhatə edən 40 hədisi toplamışdır. Buna görə də kitab İmam Nəvavinin 40 hədis kitabı adı ilə tanınmışdır. Bu dəyərli əsəri sizin üçün təqdim edirik. Tərcümə edən Kamal Hüseyn qardaşımızdan da Allah razı olsun.
Source : http://www.islamhouse.com/p/328705
- Raşidi xəlifələrin fəzilətiAllahım, sən bizləri peyğəmbərimizin raşidi xəlifələri ilə bərabər həşr et. Allahım, biz peyğəmbərimiz (sav) raşidi xəlifələrini sevirik və bizə onlarla eyni cənnət nəsib et. Amin.
Formation : Yaşar Qurbanov
Source : http://www.islamhouse.com/p/329743












